UEFA klubların yeni reytinqini açıqlayıb.
Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra bəzi komandaların xal hesabında dəyişikliklər olub.Ötən gün “Bavariya”ya 2:1 hesabı ilə qalib gələn İspaniya “Real”ı siyahıya başçılıq edir. Münhen klubu isə ikincidi. “Barselona” 3-cü, “Atletiko” 4-cüdür.
Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi 453 komandanın yer aldığı siyahıda 106-cı yerdədi. “Neftçi” 185-ci, “Qəbələ” isə 162-cidir.
Azərbaycan klubları
106 Qarabağ 18,050
162 Neftçi 9,800
185 Qəbələ 7,800
229 İnter 6,050
277 Xəzər Lənkəran 4,550
299 Kəpəz 4,050
307 Bakı 3,800
Qeyd edək ki, klubların reytinqi onların son beş mövsümdəki nəticələrinə əsasən hesablanır.