"Yuventus" futbolçusu Paolo Dibala ilə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.
Sportarena.az xəbər verir ki, argentinalı forvardın Turin təmsilçisi ilə yeni sözləşməsinin müddəti 2022-ci ilə qədər olacaq. 23 yaşlı futbolçu bu müddət ərzində illik 7 milyon avroya məvacib alacaq.
Qeyd edək ki, razılşma rəsmiləşdikdən sonra o, İquainlə birlikdə komandanın ən yüksək ödənişli futbolçusu olacaq.