“Milan” klubunun səhmləri satılıb.
Sportarena.az xəbər verir ki, klub 800 milyon avro qarşılığında Çin şirkətinə satılıb. Bu gün çinli iş adamları ilə klubun sahibi Silvio Berluskoni arasında müqavilə imzalanıb. Bununla da Berluskoninin “Milan”dakı 30 illik dönəmi rəsmən başa çatıb.
Klubun yeni prezidenti çinli milyoner Yon Qonq Li olacaq.