Partlayışın "Borussiya"ya daha bir ziyanı - Bartra bir müddət oynamayacaq

11:42 14 Aprel 2017

Aprelin 11-də Dortmundda baş verən partlayışda xəsarət alan “Borussiya”nın üzvü Mark Bartranın vəziyyətinə aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, “Borussiya” - “Monako” matçından öncə baş verən partlayışda yaralanan Bartranın 4 həftə yaşıl meydandan kənarda qalacağı açıqlanıb. Bu barədə məlumatı “Borussiya”nın saytı yayıb.

 

Qeyd edək ki, “Monako”ya qarşı oyundan öncə “Borussiya”nın avtobusunun yaxınlığında baş vermiş partlayış nəticəsində qolundan və əlindən yaralanan ispan futbolçu əməliyyat keçirmişdi.


Digər xəbərlər

Xəbər xətti