Türkiyə 1-ci liqasında çıxış edən “Qaziantep BB” klubu baş məşqçisi Oğuz Çətinlə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, buna səbəb klubun uğursuz çıxış etməsidi. Qaziantep təmsilçisinə fevralda keçən və qarşısına bu komandanı dirçəltmək tələbi qoyulan Çətin vəzifənin öhdəsindən gələ bilməyib. Çətinin komandadan göndərilməsi ilə bağlı açıqlama verən klub prezidenti məşqçi ilə hədəflərindən uzaq düşdükləri üçün qarşılıqlı razılaşma əsasında ayrıldıqlarını deyib.
Artıq aşağı liqa təmsilçlisi Çətinin yerinə yeni məşqçi də tapıb. Qaziantep təmsilçisini bundan sonra Hüseyn Kalpar çalışdıracaq. Bu barədə məlumatı klubun saytı yayıb.
Qeyd edək ki, bir müddət Türkiyə milli komandasında köməkçi məşqçi kimi çalışmış keçmiş “Fənərbaxça”lı futbolçu ölkəmizdə də işləməyə imkan tapıb. O, 2013/14 mövsümündə Mustafa Dənizlinin köməkçisi olaraq “Xəzər Lənkəran”da başladığı karyerasında Dənizlinin istefasından sonra baş məşqçi kimi davam etdirmiş, uğursuz nəticələrdən sonra komandadan ayrılmışdı.