Azərbaycanın Birinci divizionun 24-cü turu çərçivəsində "Zaqatala" doğma meydanda "Səbail"lə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, bu matçı turun mərkəzi görüşü də adlandırmaq olardı. Ev sahibləri qələbə qazanacağı təqdirdə ikinci pillə uğrunda mübarizə daha da qızışacaqdı. "Səbail" xal itirəcəyi təqdirdə isə lider "Turan Tovuz" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Görüşdə tərəflər hərəyə bir dəfə fərqlənib. Bununla Tovuz təmsilçisi çempionluğunu rəsmiləşdirib. "Səbail" isə ikinci pilləni qorumaq üçün növbəti iki turdan birində qələbə qazanmalıdı.
Birinci divizion, 24-cü tur
14 aprel
15:30 Zaqatala - Səbail 1:1
Qol: Oruc Balaşlı, 19 - Bayram Budaqov, 76.
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Xəlil Xəlilov
Zaqatala: Amil Ağacanov, Roini İsmayılov, Kənan Müslümov, Sərxan Abdullayev, Elçin Süleymanov, Taqim Novruzov, Vadim Abdullayev, Arzuman Nəsibov, Emin Mehdiyev, Cavad Kazımov, Oruc Balaşlı
Ehtiyat oyunçular: Rəşad Əhmədov, Rəhman Şabanov, Elmir Sulxayev, Asim Babazadə, Osman Qurbanov, Yusif Dilanov, Ruslan Cəfərov
Baş məşqçi: Şaban Şirdanov
Səbail: Emil Balayev, Təyyar Məmmədov, Saşa Yunisoğlu, Taleh Babayev, Ruslan Tağızadə, Asif Mirili, Orxan Qurbanlı, Ramazan Abbasov, Anar Babayev, Mirzağa Hüseynpur, Bəxtiyar Məsiməliyev
Ehtiyat oyunçular: Rəşad Əzizli, Tanrıverdi Məhərrəmli, Qvanzav Maqomedov, Fərid Səmədzadə, Elvin Adışirinli, Orxan Səfiyaroğlu, Bayram Budaqov
Baş məşqçi: Elman Sultanov