Futbol üzrə Azərbaycan Birinci Divizionun 24-cü turu çərçivəsində keçirilən "Zaqatala" - "Səbail" matçından öncə mart ayında vurulan ən gözəl qolun müəllifi mükafatlandırılıb.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Orxan Qurbanlı mükafatına qovuşub. PFL-in texniki idman şöbəsinin rəisi Zamiq Hüseynov mükafatı gənc oyunçuya təqdim edib.