Bu gün Azərbaycan Birinci divizionunun 24-cü turunda “Zaqatala” “Səbail”i (1:1 qəbul edib.
Sportarena.az xəbər verir ki,matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məqçisi Elman Sultanov matçla bağlı fikirlərini bölüşüb. O, eyni zamanda jurnalistlərin suallarını cavablandırıb.
- Futbola səhvlər mütləq olur. Qolu da öz səhvimizdən buraxdıq. Çalışaçağıq ki, bundan sonra səhv etməyək. Vacib xalları itirdik.
- Demək olarmı, layiqli 1 xalı qazandınız?
- Oyun 1:1 hesabı ilə başa çatsa da, biz daha güclü idik. Bunu oyun ərzində də görmək mümkün idi.
-Bayram Budaqovu niyə ikinci hissədə meydana buraxdız? O oyuna girdikdən sonra hücum xəttində canlanma baş verirdi...
- Ona əvvəl şans verirdim. Amma məşqlərdə özünü doğrultmadı. Buna görə də ona az şans verməyə başladım. Bu o demək deyil ki, onu meydana buraxmayacağıq. Ona hər matçda özünü göstərmək üçün şans verirəm.