"İlk hissədə bu haqda düşünmürdü" - Şaban Şirdanov - MÜSAHİBƏ

23:49 14 Aprel 2017

Bu gün Azərbaycan I divizionunun 24-cü turunda "Zaqatala" "Səbail"i qəbul edib.

 

Sportarena.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra yerli komandanın baş məşqçisi Şaban Şirdanov mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb.

 

- İkinci pillə şanslarımız nəzəri olaraq qalır. İki fərqli hissənin şahidi olduq. İlk hissədə daha çox qol vurmaq imkanımız var idi. Ancaq ikinci yarıda pis çıxış etdik. Bu görüşdə zədəli futbolçuların yoxluğu hiss olundu. Qalib gəlmək imkanımız vardı. Heç-heçə ədalətli nəticə oldu.

 

- İlk hissədə komandanız hücum edən tərəf idi. İkinci hissədə müdafiədən oynayıb hesabı qoruya bilməzdiniz?
- Bu sizin subyektiv fikrinizdir. Hər şey eləmək olardı. İlk hissədə 2-3 qol vurmalı idik. Əlimizə düşən imkanları dəyərləndirmədik. Fasilədən sonra isə zəif oyun sərgilədik.

 

- Elman Sultanov "Zaqatala"dan güclü olduğunu söylədi.
- Bu, onun fikridir. Ola bilər ki, bunu fərdi cəhətdən söyləsin. Əminəm ki, ilk hissədə bu haqda düşünmürdü


Digər xəbərlər

Xəbər xətti