"Ayıbdı, onlara bunu yaraşdırmıram" - Ruslan Tağızadə - AÇIQLAMA

08:33 15 Aprel 2017

Birinci divizonun 24-cü turu çərçivəsində "Zaqatala" doğma meydanda "Səbail"i qəbul edib.

 

"Səbail"in futbolçuları çətin "Zaqatala" səfərində əldə edilən heç-heçədən (1:1) razı görünürdülər. Paytaxt klubunun futbolçusu Ruslan Tağızadə Sportarena.az saytına açıqlamasında qeydə alınan nəticənin onlar üçün sərfəli olduğunu söylədi:

 

"Zaqatala" oyuna ilk dəqiqələrdən yaxşı başlamışdı. Birinci hissədə oyunumuz alınmadı. Fasilədən sonra özümüzə gəlib bizə lazım olan qolu vura bildik. Bu nəticə bizim üçün sərfəlidir. Çünki biz mövqeyimizi itirmədik. Amma əsas rəqiblərimizdən olan "Zaqatala"nın artıq bizə çatmaq şansı qalmayıb".


Matçın 11-ci dəqiqəsində zədələnərək Orxan Səfiyaroğlu ilə əvəzlənən müdafiəçi dəyişiklik zamanı azarkeşlərin onu təhqir etməsindən də danışdı:

 

"Azarkeşlər mənə qarşı hörmətsizlik etdi. Mən də 6 ay bu komandada oynamışam. Buradan pis formada ayrılmamışam. Bilərəkdən meydanı yavaş tərk etmirdim. Ayağım ağrayırdı. Tribunadna xoşagəlməz sözlər deyirdilər. Ayıbdı, onlara bunu yaraşdırmıram. Belələrini azarkeş saymıram".

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti