Dünən İran çempionatında 27-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu səfərdə “Padideh Şandiz”lə qarşılaşıb. 4 oyundu qələbəyə həsrət olan “qırmızı qurdlar” səfər oyununda mənfi seriyaya son qoyub. Hadı Məhəmmədinin oyunun 9-cu dəqiqəsində vurduğu qol matçda yeganə olub - 1:0.
Qeyd edək ki, 27 turdan hesabında 50 xal olan “Traktorsazi” 2-ci pillədə qərarlaşıb.