“Şapekoense” aviaqəzadan sonra ilk titulunu qazandı

17:29 16 Aprel 2017

Braziliyanın “Şapekoense” klubu Santa-Katarina ştatının çempionu olub.

 

Sportarena.az xəbər verir ki, “Şapekoense” 8-ci turda “Joinvil”ə 2:0 hesabı ilə qalib gəlib və turnirin başa çatmasına bir tur qalmış çempionluğu təmin edib. Bu, “Şapekoense” klubunun aviaqəzadan sonra qazandığı ilk tituldu. Komandanın futbolçuları və məşqçi heyəti ötən ilin noyabrında aviaqəzada həlak olmuşdu.

 

Komandanı yenidən formalaşdıran rəhbərlik heyətə 20 yeni futbolçu dəvət etmişdi.


Digər xəbərlər

Xəbər xətti