Fransanın “Lion” klubu növbəti dəfə qalmaqalla gündəmə gəlib.
Sportarena.az xəbər verir ki, Fransa Birinci Liqasının 33-cü turunda keçirilən “Bastiya” - “Lion” matçı yarımçıq qalıb. Buna meydan sahibi azarkeşlərinin qonaq komandanın futbolçularına hücum çəkməsi səbə olub.
Qarşılaşmadan öncə 50-ə yaxın “Bastiya” azarkeşi meydana daxil olaraq, öncə isinmə hərəkətləri edən “Lion” futbolçularına hücum edib. Təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsindən sonra ara bir qədər sakitləşib. Bununla belə matç gözləniləndən 40-45 dəqiqə gec başlayıb.
Ancaq matçın fasiləsində stadion işçilərindən biri ilə “Lion”lu futbolçu dava edib. Nəticədə fanatlar növbəti dəfə meydana giriblər. Baş hakim Amauri Delerue isə matçı yarımçıq dayandırmaq qərarına gəlib. Fransa Futbol Federasiyasının sərt qərarlar qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, Avropa Liqası çərçivəsində keçirilən "Lion" - "Beşiktaş" matçında da fransız fanatlar meydana daxil olmuşdu.