"İş stadionun cəzalanması ilə məhdudlaşmayacaq" - Fransa dövlətindən AÇIQLAMA

13:56 17 Aprel 2017

Fransa çempionatının 33-cü turunda keçirilən “Bastiya” - “Lion” qarşılaşmasında insident yaşandığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, bu insidentə görə “Bastiya” klubu ağır cəzaya məruz qalacaq. Bu barədə Fransa hakimiyyətinin idman məsələləri üzrə baş katibi Tyerri Brayar məlumat verib:

 

“Baş verənlərdən dəhşətə gəlmişəm. Buna görə ağır sanksiyalar olmalıdı. Bu, Fransa futbolu üçün çox pis və ağır gündü. İdmanda belə şeylər olmamalıdı. Bütün lazımı tədbirləri görməliyik. Sanksiyalar konkret şəxslərə tətbiq ediləcək. İş stadionun bir neçə oyunluq cəzalanması ilə məhdudlaşmayacaq. Elə etmək lazımdı ki, ədalət zəfər çalsın".

 

Qeyd edək ki,“Bastiya” azarkeşlərinin “Lion”un futbolçularına hücum etməsindən sonra qarşılaşma təxirə salınıb.


Digər xəbərlər

Xəbər xətti