Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki İspaniyanın "Valensiya" klubundan təklif alıb.
Sportarena.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. La Liqa klubu 2017/18 mövsümə xorvatiyalı mütəxəssislə başlamaq niyyətindədirlər. Bu məqsədlə çalışdırıcının meneceri Yaşar Çalışır "Valensiya" rəsmiləri ilə görüşüb. Ona klubun uzunmüddətli əməkdaşlıq üçün baş məşqçi axtardığı bildirilib.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2014-cü ildən Azərbaycan millisinə rəhbərlik edir.