"Leypsiq" klubu Almaniya Bundesliqasında Çempionlar Liqasına vəsiqə verən ilk 4-lükdə yerini təmin etməsinə baxmayaraq, gələn mövsüm Avropanın bir nörməli klub turnirində iştirak etməyə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Buna səbəb UEFA-nın avrokuboklarda eyni rəhbəri olan iki klubunun iştirakının qadağan olunmasıdır. Belə ki, "Red Bull" şirkəti "Leypziq" ilə "Zalsburq" klublarının sahibidir.
Hansı klubun turnirdə iştirak edəcəyinə mövsümün sonunda UEFA qərar verəcək.