İngiltərə Premyer Liqasının bombardirinin qiyməti açıqlandı - 150 milyon

17:44 18 Aprel 2017

İngiltərə Premyer Liqasının bombardiri Romelu Lukaku “Everton”la olan müqaviləsini yeniləmək istəmir.

 

Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Liverpul təmsilçisiylə 2019-cu ilədək sözləşməsi olan 23 yaşlı belçikalı hücumçu Çempionlar Liqasında müntəzəm oynayan klublardan birinə keçmək istəyir. “Everton” rəhbərliyi isə bu mövsüm çıxdığı 32 çempionat matçında 24 top vuran futbolçunu heyətdə saxlamaqda maraqlıdı. Bu üzdən Lukakuya fantastik qiymət qoyulub. Belə ki, onu sıralarında görmək istəyən klub 150 milyon avrosundan keçməlidi.

 

Qeyd edək ki, “Everton” hazırda 57 xalla Premyer Liqada 7-ci pillədədi.


Digər xəbərlər

Xəbər xətti