100-cü oyununda avtoqol

10:19 19 Aprel 2017

Çempionlar Liqasının 1/4 finalında hazırda keçirilən  “Real” - “Bavariya” oyunu Madrid klubunun kapitanı Serxio Ramos üçün əlamətdar olub.


Sportarena.az xəbər verir ki, İspaniya millisinin üzvü qitənin ən nüfuzlu klub turnirində 100-cü oyununa çıxıb. Ramos bu göstəriciyə malik olan 30-cu futbolçudur.


Qeyd edək ki, 31 yaşlı müdafiəçi geridə qalan 99 oyunda 10 qol vurub.

 

Əlavə edək ki, son oyunlarda məhsularlığı ilə seçilən müdafiəçi "Bavariya" ilə oyunda da fərqlənib. Bu dəfə o, rəqibi deyil, öz komandasını məyus edib. Bu hadisə matçın 78-ci dəqiqəsində baş verib.


Digər xəbərlər

Xəbər xətti