"Yuventus"un futbolçusu Dani Alveş diqqət mərkəzinə düşüb.
Sportarena.az xəbər verir ki, o, etdiyi hərəkətlə futbolsevərləri heyrətləndirib. Belə ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq "Barselona" - "Yuventus" matçından öncə "Kamp Nou" stadionuna daxil olaraq qazanu öpüb. O, bununla "Barselona" üçün necə darıxdığını göstərib.
Qeyd edək ki, Alveş 2008-2016-cı illərdə "Barselona"da çıxış edib və bu klub ilə iştirak etdiyi bütün rəsmi turnirlərdə qalib olub.