"Bakı"nın sabiq baş məşqçisi Aleksandr Starkovun yeni iş yeri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, o, Latviya millisinin baş məşqçisi təyin edilib. Bu barədə sözügedən ölkənin futbol federasiyası məlumat yayıb.
Qeyd edək ki, 62 yaşlı mütəxəssis buna qədər iki dəfə (2001-2004 və 2007-2013-cü illərdə) Latviya millisinin baş məşqçisi olub. O, bu vəzifədə çalışarkən eyni zamanda “Bakı” klubunun (2011-12) baş məşqçisi də işləyib.