Millimiz qalib gəldi - Penalti seriyasında

16:46 19 Aprel 2017

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, yığmamız Monteneqro komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatdığı üçün turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 hesabı ilə qələbə qazanıb.

 

Yığmamız turnirdə son oyununu aprelin 21-də Qazaxıstan komandasına qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti