Rusiya şahmatçısı Sergey Karyakin Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialında iştirak etmək üçün Azərbaycana gəlib.
Sportarena.az xəbər verir ki, məşhur şahmatçı Vüqar Həşimovun məzarını ziyarət etmək üçün hava limanından birbaşa Fəxri Xiyabana yollanıb. Sergey Karyakin dostu Vüqar Həşimovla bağlı xatirələrini yada salıb, şahmatçımızın heykəli önünə gül dəstələri qoyub.