“Monako”nun 18 yaşlı hücumçusu Kilian Mbappe daha bir rekorda imza atıb.
Sportarena.az xəbər verir ki, fransalı futbolçu debüt ilindəcə Çempionlar Liqasının 1/8 və 1/4 final mərhələsinin hər iki oyununda qol vuran ilk futbolçu kimi tarixə düşüb.
1/4 final mərhələsinin cavab qarşılaşmasında “Borussiya” ilə oyunda fərqlənən Mbappe ilk oyunda da dublla yadda qalmışdı. O, “Mançester Siti” ilə 1/8 final oyunlarının hər ikisində qol vurmağı bacarmışdı.
Mbappe daha bir maraqlı nəticə ilə Messini arxada qoyub. Belə ki, 18 yaşlı Kilian ÇL-nin pley-off mərhələsində 5 qol həddinə çatan ən gənc oyunçudu. Messi isə 5-ci qoluna imza atanda 23 yaşında idi.