Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki matçında Dortmund "Borussiya"sından üstün olan (3:2, 3:1) "Monako" adını yarımfinala yazdırmağı bacarıb.
Sportarena.az xəbər verir ki, Fransa təmsilçisi bununla bir ilki gerçəkləşdirib. Belə ki, Leonardo Jardimin yetirmələri mübarizəyə 3-cü təsnifat mərhələsindən başlayıb, yarımfinala qədər irəliləyən ilk komandadı.
Qeyd edək ki, "Monako" sonuncu dəfə 2004-cü ildə ÇL-də final oynayıb. Həmin vaxt finalda "Porto"ya 0:3 hesabı ilə uduzan fransızlar, gümüş medallarla kifayətlənmişdi.