Türkiyənin “Antalyaspor” klubu “Çelsi”nin futbolçusu Con Terrini transfer edə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Klub mövsümün sonunda “Çelsi”dən ayrılacağını açıqlayan 36 yaşlı müdafiəçiyə yaxın günlərdə təklif göndərəcək. Təcrübəli futbolçu ilə "Antalyaspor"dan başqa ABŞ, Çin və Qətər klubları da maraqlanır.
Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan C. Terri 1995-ci ildən "zadəganlar"ın şərəfini qoruyur.