Qriqorçuk "Qəbələ"də 1 milyon dollar qazanır? - AÇIQLAMA

12:38 21 Aprel 2017

Latviya Futbol Federasiyasının baş katibi Yanis Mazeckis “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçukun illik qazancı barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, millinin “sükanı arxasına” keçməsi üçün bir müddət öncə Qriqorçukla danışıqlar aparan Latviya Futbol Federasiyasının baş katibi Yanis Mazeckis ukraynalı mütəxəssisin ildə bir milyon dollar civarında gəlir əldə etdiyini deyib:

 

“Qriqorçukla maaş məsələsində heç bir danışığımız olmadı. Amma qeyri-rəsmi mənbələrdən eşitdim ki, o, ildə bir milyon dollar civarında gəlir əldə edir”.

 

Baş katib bildirib ki, yığmanın yeni baş məşqçisi Aleksandr Starkovun gəliri Qriqorçukun gəlirindən çox azdı:

 

“Məncə, bizim qurum baş məşqçiyə bir milyon dollar verə bilməz. Starkova 10 dəfə az məbləğdə maaş verəcəyik”.

 

Qeyd edək ki, Qriqorçuk “Qəbələ”də 2015-ci ildən çalışır.


Digər xəbərlər

Xəbər xətti