"Tottenhem"in məşqçisi öldü

14:55 21 Aprel 2017

İngiltərə millisinin sabiq futbolçusu, “Tottenhem”in U-23 komandasının baş məşqçisi olan Uqo Ehioqun vəfat edib.

 

Sportarena.az xəbər verir ki, o məşq zamanı özündən gedib və təcili xəstəxanaya çatdırılıb. Reanimasiyaya yerləşdirilən sabiq futbolçu dünyasını dəyişib. “Tottenhem” klubu sosial şəbəkədəki hesablarından 44 yaşlı mütəxəssisin ölüm xəbərini açıqlayıb.

 

Futbolçu karyerası ərzində “Vest Bromviç”, “Uembli”, “Aston Villa”, “Midlsbro”, “Lids”, “Reyncers” və “Şeffild Yunayted”də çıxış etmiş sabiq müdafiəçi, 4 oyunda İngiltərə millisinin də şərəfini qorumuşdu.


Digər xəbərlər

Xəbər xətti