Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adı məlum olub.
Sportarena.az xəbər verir ki, UEFA tərəfindən azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Monako"nun futbolçusu Kilian Mbappe ən yaxşı futbolçu seçilib. 18 yaşlı hücumçu ümumi səslərin 51 faizini toplayıb.
Qeyd edək ki, Mbappe "Borussiya" ilə oyunda (2:1) komandasının qollarından birinin müəllifi olub.