"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, 35 yaşlı forvardın durumu ciddidi. Avropa Liqasının 1/4 final mərhələsinin "Anderlext"lə cavab matçında zədələnən isveçli hücumçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Diz bağlarından ciddi zədə alan təcrübəli futbolçu 2018-ci ilin yanvar ayına kimi futbol oynaya bilməyəcək. Bu isə İbrahimoviç üçün 2017-ci ilin erkən başa çatması deməkdi.
Artıq İngiltərə mətbuatında isveçli forvardın futbolçu karyerasını başa vuracağı barədə fikirləşdiyi barədə məlumatlar yayılmağa başlayıb. Bununla bağlı İbrahimoviçin yaxın zamanlarda qərar verəcəyi bildirilir