"Kamranın klubsuz qalmasında sizin də günahınız var" - Prosineçki - MÜSAHİBƏ

12:59 22 Aprel 2017

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı gündəmdə olan bir sıra məsələlərə münasibət bildirib.

 

- Milli komandanın təlim-məşq toplanışının proqramı bəllidimi?

- Bütün fikirlər hazırlıqla bağlıdı. Mayın 15-də hazırlıq başlayacaq. Ayın 20-də Avstriyaya gedəcəyik və toplanışı orda davam etdirəcəyik. İki yoxlama görüşü keçirmək istəyirik və rəqib axtarışını davam etdiririk. İyunun 3-də Bakıya qayıdacağıq. Azərbaycan üçün ən vacib oyun Şimali İrlandiyaya qarşı olacaq. Bütün diqqətimizi ona yönəltmişik.
 

- Mayın 5-də Azərbaycan kubokunun final matçı olacaq. Görüşü izləmək üçün Naxçıvana gedəcəksiz?

- Hələlik bilmirəm, baxarıq.

 

- Yoldaşlıq görüşü üçün hansı səviyyədə komandalarla qarşılaşmaq istərdiniz?

- Təəssüf ki, seçim imkanımız elə də geniş deyil. Orda olan komandalarla danışıqlar aparılacaq. Nə qədər güclü rəqib olsa, bizim üçün olar. Hələ heç nə həll edilməyib.
 

- Millidə yeni ad görə biləcəyikmi?

- Düşünürəm ki, olmayacaq.
 

- İslam Həmrəyliyi Oyunlarında əsas millinin potensial üzvləri çıxış edəcəklər. Onlardan kimisə dəvət edə bilərsinizmi?

- Həmin vaxt burda olacam, komandamızın oyunlarını canlı izləyəcəm. Yaşar Vahabzadə ilə danışmışam. O, əsas yığmadan bir neçə oyunçuya da dəvət göndərib. İstəyirik ki, yığmamız bu turnirdə uğurlu çıxış etsin. Çağırılan oyunçular komandaya kömək edə biləcək gücdədilər. İlk matçımız Kameruna qarşı keçiriləcək. Maraqlı oyun olacaq.
 

- Şimali İrlandiya atletik futbol oynayır. Avstriyadakı rəqiblər də onlara oxşar oyun üslubuna malik olacaq?

- Çalışacam ki, bu cür rəqiblərə üstünlük verək. Ancaq təəssüf ki, seçim imkanımız geniş deyil. Əsas odur ki, oynamağa rəqib olsun. Həmin görüşlərdə də bəzi şeyləri sınaqdan keçirə biləcəyik. Yaxşı hazırlıq keçməliyik. Çünki iyunun 10-da Şimali İrlandiya ilə çox vacib oyuna çıxacağıq.
 

- Kamran Ağayevin klubsuz qalması sizə problem yaratmayacaq?

- Birinci dəfə deyil ki, Kamran milliyə klubsuz gəlir. Keçmişdə də belə problemlər olub. Sözsüz ki, qapıçının oynamaması ciddi problemdi.
 

- Bir baş məşqçi kimi ona məsləhət görürsüz ki, belə olmaz?

- Əlbəttə ki, onunla danışıram. Amma Kamranın tez-tez komanda dəyişməsində, klubsuz qalmasında sizin də günahınız var. Çünki belə məqamlarda ona dəstək olmursunuz.


Digər xəbərlər

Xəbər xətti