DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Şimali İrlandiyanı qəbul edəcək Azərbaycan millisinin hazırlıq planı bəlli olub.
Sportarena.az xəbər verir ki, bu barədə yığmamızın baş məşqçisi Robert Prosineçki məlumat verib. Xorvatiyalı mütəxəssisin sözlərinə görə, mayın 15-də bir araya gələcək komandamız təlim-məşq toplanışını davam etdirmək üçün 5 gün sonra Avstriyaya yola düşəcək. Prosineçkinin yetirmələri adıçəkilən ölkədə iyunun 3-nə qədər qalacaqlar.
Millimiz Avstriyada 2 yoxlama görüşü keçirəcək. Rəqiblərin kimliyi hələ məlum deyil. Prosineçki Şimali İrlandiya yığmasının oyun tərzinə uyğun futbol sərgiləyən rəqib axtarışında olduqlarını bildirib.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində geridə qalan 5 turdan sonra Şimali İrlandiya yığması 10 xalla ikinci, millimiz isə 7 xalla dördüncüdü.