"Beşiktaş"ın heyətində ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, İstanbul nəhənginin aparıcı futbolçularından olan Rikardo Kuarejma sıradan çıxıb. Portuqaliyalı yarımmüdafiəçinin ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, 33 yaşlı futbolçu Avropa Liqasının 1/4 final mərhələsində "Lion"la cavab matçında (2:1) zədələnib və Tolqay Arslanla əvəzlənib.