“Napoli” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Lorentso İnsinye ilə yeni müqavilə bağlayıb.
Sportarena.az xəbər verir ki, məlumatı Neapol klubu rəsmən təsdiqləyib. Razılaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçi 2022-ci ilə qədər hazırkı komandasında çıxış edəcək. Sözləşmənin maliyyə detalları açıqlanmayıb.
Qeyd edək ki, “Napoli”nin yetirməsi olan İnsinye 2009-cu ildən əsas komandanın üzvüdü. O, 2012-ci ildən dəvət aldığı İtaliya yığmasında 14 oyunda 2 qola imza atıb.