PSJ-nin baş məşqçisi Unai Emerinin istefaya göndəriləcəyi ilə bağlı yayılan söz-söhbətə son qoyulub.
Sportarena.az xəbər verir ki, Emeri PSJ-də qalacaq. Bu barədə məlumatı mütəxəssis özü verib. O, bildirib ki, rəhbərlik ona etimad göstərir və müqavilənin sonuna qədər Parisdə qalacaq:
“Mən PSJ-də qalıram. Başqa heç bir variant haqda düşünmürəm. Müqavilənin sonuna qədər burda qalmağı planlaşdırıram. Rəhbərliklə görüşmüşəm, onlar mənə etimad göstərdiklərini bildiriblər. Beləliklə, Parisdə qalıram”.