Türkiyə Super Liqasında baş məşqçi istefası reallaşıb.
Sportarena.az xəbər verir ki, "Kayserispor"un çalışdırıcısı Sergen Yalçın tutduğu vəzifədən gedib. Belə ki, "Kayserispor" Super Liqanın son turunda səfərdə "Gənclərbirliyi"nə 1:4 hesabı ilə uduzub və ardıcıl 4-cü məğlubiyyətini alıb. Oyundan sonra isə komandanın çalışdırıcısı Sergen Yalçın istefa verdiyini söyləyib.
Qeyd edək ki, "Kayserispor" Super Liqanın turnir cədvəlində 28 turdan sonra topladığı 27 xalla 15-cidir.