Millimizin üzvü üçün biabırçı məğlubiyyət

17:51 23 Aprel 2017

Futbol üzrə Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da növbəti matçına çıxıb. Bursa klubu səfərdə "Akhisar"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:5. Yılmaz bu görüşün 36-cı dəqiqəsində meydana buraxılsa da, komandasına heç nə ilə kömək edə bilməyib.

 

Qeyd edək ki, "Bursaspor" hazırda 35 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti