Türkiyənin “Qaziantepspor” klubunun futbolçusu Frantsek Rajtoral intihar edib.
Sportarena.az xəbər verir ki, çexiyalı futbolçu Qaziantepdə tək yaşadığı evində özünü tavandan asıb. Oyunçunun evdən çıxmadığını görən qonşular bu barədə polisə xəbər veriblər.
Futbolçunun ailəsi ilə problemi olduğu üçün intihar etdiyi iddia edilir.