Millimizin sabiq üzvü Ufuk Budakın çıxış etdiyi "Manisaspor" Türkiyə PTT 1-ci Liqasının 29-cu turunda "Dənizlispor"u qəbul edib.
Sportarena.az xəbər verir ki, qarşılaşmada meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb. Oyunda Ufuk Budak 90 dəqiqə meydanda olub. Müdafiəçi 42-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Bu qələbədən sonra "Manisaspor" xallarının sayını 33-ə yüksəldərək, 13-cü pillədə qərarlaşıb.