FOX Sports kanalının şərhçisi Veronika Rodrigez Türkiyə mətbuatına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Sosial mediada məşhursunuz. Bunu nəyə bağlayırsız?
- Fikrimcə, idmanın dünyada çox məhşur olması və mənim ona aşiq olmağım bunun səbəbidir. İşim olduğu üçün bütün günü idmandan danışmağım insanların da diqqətini çəkdi. Əsl səbəbin bu olduğunu düşünürəm.
- Nə vaxtdan futbolla maraqlanırsız?
- Həyatı dərk edəndən bəri futbolla qohum olmuşam. Ailəmdə önəmli bir yerə sahibdir. Nə zaman bir araya gəlsək, futboldan söhbət edirik. 8 yaşımdan stadionlara gedirəm. Babam və atam bacımla məni təzahüratlar etmək üçün stadiona aparardı. Sonradan çox güclü bağlılıq yarandı. Düşünürəm ki, futbola aşiqəm.
- Ən böyük xəyalın nədir?
- Hazırda ən böyük xəyalımı reallaşdırıram. Ən sevdiyim idman növü ilə məşğulam və onun sayəsində etibar qazanıram. Bundan daha yaxşısını düşünmək istəmirəm.
- Sizə görə ən xarizmalı baş məşqçi kimdir?
- Van Qal (gülür)... Təbii ki, zarafat edirəm. Məncə, bu Yürgen Kloppdur. Münasibət qura biləcəyiniz qədər fanatik və insanlığa sahibdir.
- Ən yaraşıqlı futbolçu desəm?
- Məsut Özil. O, qəlbimin sahibidir.
- Hansı komandaya azarkeşlik edirsiniz?
- Meksikada favorit komandam “Pumas”dır. Amma “Barselona” və “Yuventus”la fərqli hisslər yaşayıram. Qəlbim çempionlara bölündü.
- Hansı idman növlərini daha çox sevirsiz?
- Futbol mənim ilk sevgimdir. Amma güləş və motosiklet yaraşılarını da sevirəm.
- Messi, yoxsa Ronaldo?
- Messi. O, futbolu sehirli və xüsusi göstərir. Qətiyyən bu dünyadan deyil. (Qafqazinfo)