Monteneqronun Podqoritsa şəhərində keçirilən 17 yaşadək futbolçular arasında UEFA İnkişaf turnirində ikinci turun oyunları baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisi bu dəfə meydan sahibləri ilə qarşılaşıb. İlk oyunda Bosniya və Herseqovinaya 0:3 hesabıyla uduzan komandamız bu görüşdə də eyni nəticəyə üzülüb.
Qeyd edək ki, hazırda qrup sonuncusu olan millimiz son oyununda Qazaxıstanla üz-üzə gələcək.