“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “İnter”dən gələn təklifə “yox” cavabı verib.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb. Xəbərdə “İnter”in idman direktoru Pyero Ausilionun keçən həftə Madridə gələrək Simoeneylə görüşdüyü qeyd edilib. Milan təmsilçisinin rəsmisi ilə yalnız nəzakət xətrinə görüşdüyü deyilən mütəxəssisin, italyanların təklifinə “yox” cavabı verdiyi vurğulanıb. Simeonenin “Atletiko”da qalmaq istədiyi və klubun növbəti mövsümdən istifadəyə veriləcək yeni stadionunda da komandaya rəhbərlik etməyi arzuladığı deyilir.
Qeyd edək ki, növbəti mövsümdən iddialı klub formalaşdırmağı hədəfləyən “İnter” rəhbərliyinin Antonio Konte, Dieqo Simeone kimi məşqçilərlə danışıqlar apardığı iddia edilir.