"Şah"ın zirvəni əldən vermir

10:25 28 Aprel 2017

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” turnirində 6-cı tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Şəhriyar Məmmədyarov bu turda qara fiqurlarla rusiyalı Vladimir Kramniki məğlub edib. “Şah” bu qələbəylə turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub saxlayıb.

 

Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbov isə ağ fiqurlarla polşalı Radoslav Voytaşeklə “sülh bağlayıb”. 6 oyundan sonra hesabında 2,5 xal olan Rəcəbov 10 şahmatçı arasında 8-ci yerdə qərarlaşıb.

 

Shamkir Chess 2017, 6-cı tur

27 aprel

Radoslav Voytaşek (Polşa, 2745) - Teymur Rəcəbov (Azərbaycan, 2710) 0,5:0,5
Veselin Topalov (Bolqarıstan, 2741) - Pavel Elyanov (Ukrayna, 2751) 1:0
Vladimir Kramnik (Rusya, 2811) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2772) 0:1
Uesli So (ABŞ, 2822) - Sergey Karyakin (Rusiya, 2783) 1:0
Maykl Adams (Britaniya, 2761) - Pentala Harikrişna (Hindistan, 2755) 0,5:0,5

 

Şəhriyar Məmmədyarov - 4,5. Veselin Topalov - 3,5. Uesli So - 3,5. Maykl Adams - 3,5. Pavel Elyanov - 3. Sergey Karyakin - 2,5. Vladimir Kramnik - 2,5. Radoslav Voytaşek - 2,5. Teymur Rəcəbov - 2,5. Pentala Harikrişna - 2.


Digər xəbərlər

Xəbər xətti