"Liverpul"da Cerrarda yeni vəzifə verildi - Kloppun məsləhəti ilə

10:42 28 Aprel 2017

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard baş məşqçi kimi fəaliyyət göstərəcək.

 

Sportarena.az xəbər verir ki, Cerrard növbəti mövsümdən “qırmızılar”ın U-18 komandasının “sükanı arxasına” keçəcək. O, yerli mətbuata açıqlamasında bu addımı “Liverpul”un baş məşqçisi Yurgen Kloppun məsləhətilə atdığını deyib:

 

“Yurgen mənə “Həyatda bir çox səhv edəcəksən, bunlardan çox şey öyrənəcəksən. İndi fəaliyyətə başla və böyü. Bunu kameralardan uzaq şəkildə həyata keçirəcəksən” dedi”.

 

Qeyd edək ki, 1998-2015-ci illər aralığında “Liverpul”un şərəfini qoruyan Cerrard hazırda klubun akademiyasında məşqçi kimi çalışır. O, eyni zamanda, "Sky Sports" telekanalında şərhçi-analitik vəzifəsində fəaliyyət göstərir.


Digər xəbərlər

Xəbər xətti