Prosineçki bukmekerdə 10 min uduzdu - FOTO

11:30 28 Aprel 2017

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Mozzartbet” bukmeker kontoruna pul qoyuluşu edib.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis dünən baş tutan qarşılaşmalardan beşinə proqnoz verib. O, “Sevilya” - “Selta”matçında (2:1) meydan sahiblərinin, “Vendsissel” - “Kopenhagen” (0:2) görüşündə isə qonaqların qələbə qazanacağını təxmin edib. Mütəxəssis “Anderlext” - “Şarlerua” (0:1) və “Atletik” - “Betis” (2:1) matçlarına “üst” proqnozunu (3+ qol) verib. Prosineçki Mançester Siti” - “Mançester Yunayted” (0:0) qarşılaşmasında hər iki komandanın qol vuracağını qeyd edib.

 

Xorvat məşqçi bu kupona 10 min Serbiya dinarı yatırıb. 48 yaşlı çalışdırıcı qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə bağışlayacaqdı. Ancaq onun qeyd etdiyi 5 oyunun 3-də proqnozu doğru olub. Prosineçki Mançester derbisində və “Anderlext” - “Şarlerua” matçında yanılıb.

 


Digər xəbərlər

Xəbər xətti