"Futbol adamlarının mərc oyunlarında iştirakı qəti qadağandı" - AFFA rəsmisi - AÇIQLAMA

13:15 28 Aprel 2017

“Aktiv fəaliyyətdə olan futbol adamlarının idman mərc oyunlarında iştirakı qəti şəkildə qadağandı. Bu, birmənalıdı”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri AFFA-nın hüquqşünası Rəmiş Malıyev apasport.az saytına açıqlamasında söyləyib. O bildirib ki, hansısa məşqçi və ya futbolçunun xeyriyyə xarakterli kampaniyada iştirakı belə düzgün deyil:

 

“Sualınız lap “Берегись автомобиля” filmini yadıma saldı. Orda bir nəfər maşınları oğurlayıb satır və pullarını aparıb uşaq evlərinə verir. Özünə bir qəpik də götürmür. Baxırsan ki, əməl sonda yaxşıdı, amma qanunla qadağandı. Sizin dediyiniz məsələdə də vəziyyət belədi. Yəni, bu işin xeyriyyəsi yoxdu”.

 

Qeyd edək ki, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Serbiyada futbol oyunlarına pul qoyuluşu edib. “Mozzartbet”ə dünənki 5 görüşlə bağlı proqnoz yazan xorvatiyalı mütəxəssis 10 min Serbiya dinarı (150 manat) məbləğində pul yatırıb. 48 yaşlı çalışdırıcının təxminləri düz çıxsaydı, əmanətini 8,10 dəfə artıracaqdı və qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə humanitar yardım kimi bağışlayacaqdı. Lakin onun təxmin etdiyi 5 görüşdən 3-ü düz gəlib.


Digər xəbərlər

Xəbər xətti