Almaniya İkinci Bundesliqasında həftəsonu 31-ci turun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dimitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanında “Vürsburger Kikkers”lə üz-üzə gələcək. Matçdan əvvəl açıqlama verən “Aue”nin baş məşqçisi Domeniko Tedesko Paskal Kopk, Kristan Tiffert və Dimitri Nazarovun sarı vərəqə almasından ehtiyat edir. Liqada qalmaq baxımından çox vacib oyuna çıxan “Aue” üçün bu matçda qələbə hava-su kimi lazımdı. Həmçinin, çempionatın sona yaxınlaşması 31 yaşlı italiyalı mütəxəssisi əsas futbolçularını qorumağa məcbur edir:
“Mən taktikanın fanatı deyiləm. Oyunçular məsuliyyəti dərk edir. Həmçinin onlar öz qayğılarına qalmalıdırlar. Tiffert, Kopk və Nazarov kimi oyunçular bizim üçün hazırda çox vacibdirlər".