“Krasnodar”ın futbolçusu Fedor Smolov “Qalatasaray”a keçə bilər.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar"ın idman direktoru Cenk Ergün 27 yaşlı hücumçunun meneceri ilə İstanbulda görüşərək keçidin detalları haqda ilkin danışıqlar aparıb. Lukas Podolskini Yaponiyanın "Vissel Kobe" klubuna satılmasından 2 milyon 600 min avro gəlir əldə edən klub hücum xəttini rusiyalı futbolçu ilə doldurmaq istəyir.
Qeyd edək ki, F. Smolov bu mövsüm 27 matçda 22 qol vurub.