Slovakiya Fortuna Liqasında 29-cu turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” səfərdə “Trençin”lə qarşılaşıb. Ötən turda çempionluğunu rəsmiləşdirən millimizin üzvünün komandası səfər oyunundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Şeydayev oyuna start heyətində çıxıb və sonadək meydanda olub. O, matçın 21-ci dəqiqəsində komandasının yeganə qoluna imza atıb. Bu, Ramilin Fortuna Liqada 8-ci oyununda 2-ci qoludu.