Yenə məğlubiyyət

15:50 30 Aprel 2017

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində çıxışını başa vurub.

 

Sportarena.az xəbər verir ki, Qazaxıstan yığmasına qarşı keçirilmiş son oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən qazaxıstanlı futbolçular 4:3 hesabı ilə qələbə qazanıb.

 

Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina, ikinci qarşılaşmda isə Monteneqro komandasına 0:3 hesabı ilə məğlub olmuşdu.


Digər xəbərlər

Xəbər xətti