Şəhriyar çempion oldu

10:47 1 May 2017

Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” turnirinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov yarışın son turunda ağ fiqurlarla bolqarıstanlı Veselin Topalovla heç-heçə edib. Bu oyundan sonra xallarının sayını 5,5-ə çatdıran “Şah” turniri çempion kimi başa vurub.

 

Yarışdakı digər təmsilçimiz Teymur Rəcəbov isə ağ fiqurlarla rusiyalı Sergey Karyakinlə “sülh bağlayıb”. Rəcəbov yarışı 4 xalla 8-ci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti